Evdə heç kim yoxdu...

Hazırda oxunan: Evdə heç kim yoxdu...

125618
Anamdan sonra qadınlara qarşı daha çox kövrək oldum. Anam mənim həyatımda yeganə qadın idi ki, bütün sirlərimi bilirdi. Anam üç uşaq dünyaya gətirib. O, üç uşağın içində mənimlə çox yaxın olub. Atamla dalaşanda da zəng vurub mənə gileylənirdi. Evimə köçəndə, rayondan mənə qab ”“ qacaq gətirmişdi. Gördüm ki, hərəsindən iki dənə gətirib. Dedim ki, aya ana tək adamam, neynirdin qab ”“ qacağı, stəkan ”“ nəlbəkini iki ”“ iki gətirirdin. Güldü. Dedi ki: “Ola bilsin qonağın olar. Ona görə hərəsindən iki ”“ iki gətirdim. Anam həmişə yuxuma girir. Bir dəfə yuxuma girmişdi. Gördüm ki, anam qəşəng geyinib keçinib. Gözündə optika eynək, saçları qışıng ukladkalı avtobustadı. Avtobusa minib anamla görüşdüm. Sonra dedim ki, mən də gedirəm səninlə. Dedi ki: “Yox, sən düş! Gecikdirmə avtobusu!”x9d Elə mən düşdüm anam avtobsta çıxıb getdi. Anamdan sonra haram ağrıyırsa, elə bilirəm ki, xərçəngəm. O, günlərdə ayaqlarımda ağrılar başladı, elə bildim ki, xərçəngəm. Çünki, anamın da birinci ayaqlarında ağrılar başlamışdı, sonra isə bədəninə qalxmışdı ağrıları.

Anam bu qədər tez ölməməliydi. Çünki, hələ qarşıda mənim və qardaşımın toy məsələsini planlaşdırırdıq. Amma, nə etmək olar qismət belə imiş. Anamdan sonra düz dörd aydır ki, ata evimizə gedə bilmirəm. Çünki, həyətin girişindəki atamın örtüklə üstünü örtüyü təndirini görəndə, ağlım başımdan çıxır. Ona görə də rayona gedəndə, gedib babamgildə qalıram. Anam təmizkar qadın idi, hər gün evi ”“ eşiyi, qapı ”“ bacanı tər ”“ təmiz edirdi. Bacım Bakıda ailəlidi, ona görə də anamgilin evinə tez ”“ tez gedə bilmir. İndi, atam və qardaşımın yaşadığı evimizin tör ”“ töküntüsünü təsəvvür edərsiniz yəqin. Anamdan sonra həyətimizi atam süpürürür. Deyir ki, anan həyət ”“ bacanı təmiz saxlayardı, ona görə gərək mən də təmiz saxlayım ki, narahat yatmasın məzarında.

Ümumiyyətlə evin qadını evdə yoxdursa, demək evdə heç kim yoxdur. Bunu ilk dəfə nənələrim öləndən sonra müşahidə etmişdim. Nənələrimdən sonra babamgilin həyətinə sükut çökdü. Onda anladım ki, bu qədər adamı bura yığan, sən demə nənənlərim olub. Anam öləndən sonra da belə oldu. Anam öləndən sonra, demək olar ki, ailəmiz dağıldı.

İndinin özünə kimi Bakıda olanda elə bilirəm ki, anam evimizdədi. Bircə rayona gedəndə hiss edirəm ki, anam yoxdu. Kəndimizin məzarlığı evimizdən bir az aralıdadı. Elə yolumuzdan boylananda anamın məzar daşını görmək olur. Ona görə də kəndə gedən kimi ilk olaraq anamın məzarını ziyarət edirəm.

İki gün öncə işdən icazə alıb gül dəstəsi ilə rayona yollandım. Gedib anamın “8 - Mart”x9d bayramını təbrik etdim. Bu mənim üçün anamsız ilk qadınlar bayramı idi.

Bütün qadınları təbrik edirəm. Hamınız anam və bacımsızın.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin