“Yeni formalaşan Mətbuat Şurası daha çevikdir” – Hacıbəy Heydərli

Hazırda oxunan: “Yeni formalaşan Mətbuat Şurası daha çevikdir” – Hacıbəy Heydərli

125604

"Azərbaycan Mətbuat Şurası 20 il ərzində Azərbaycan mediasının inkişafı istiqamətində çox böyük işlər görüb, Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynayıb. Həmçinin mediada peşəkarlığın artırılması, ixtisaslaşma ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb". 

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. 

O bildirib ki, 21-ci əsrdə yeni texnologiyaların inkişafı ilə mətbuat sahəsində də yenilklər qaçılmaz idi və Mətbuat Şurası bu istiqamətdə xeyli iş görmüş oldu: 

“Bu gün informasiya-kommunikasiya texnologiyaları inkişaf edir və yeni çağırışlar meydana gəlir. 20 il öncə Mətbuat Şurası yarananda aparıcı KİV-lər qəzetlər və jurnallar idisə, bu gün xəbər saytları, informasiya agentlikləri, internet televiziyalar və sosial şəbəkələr çox böyük təsir gücünə malikdir. Məhz bu səbəbdən də Mətbuat Şurası öz fəaliyyətində bu istiqamətlərə də geniş yer ayırır. Mətbuat Şurasında dövrün tələblərinə uyğun komissiyaların yaradılması, loqosunda dəyişikliklər, mütəmadi olaraq görüşlərin keçirilməsi, ölkəmizlə bağlı həssas məqamlarda bəyanatların verilməsi onu deməyə əsas verir ki, Mətbuat Şurası Azərbaycan cəmiyyətinin gözləntilərini doğruldub". 

Hacıbəy Heydərli bildirib ki, Mətbuat Şurasının yeni formalaşan İdarə Heyəti də çevik və dinamik fəaliyyəti ilə fərqlənir: 

"Bildiyiniz kimi ötən ilin sentyabr ayında Mətbuat Şurasının 8-ci qurultayı baş tutdu və yeni İdarə Heyəti formalaşdı, şuranın sədri isə Rəşad Məcid seçildi. Rəşad Məcid daim gənclərə dəstək olan və yeniliklərə açıq insan kimi Şuranın fəaliyyətinə də yeni nəfəs vermiş oldu. Xüsusən, internet media və sosial şəbəkə fəalları ilə işin qurulması istiqamətində çox böyük yeniliklərə imza atdı. Mətbuat Şurasında sosial media ilə əlaqələr komissiyasının yaradılması, sosial media fəalları ilə görüşlərin keçirilməsi, sosial şəbəkə fəallarına müraciətin hazırlanması, şuranın sosial media hesablarının aktiv fəaliiyəti də bu xüsusda diqqətçəkən məqamlardandır. Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, növbəti illərdə daha böyük uğurlara imza atacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin