Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

Hazırda oxunan: Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

125600

“Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

"Bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 16 martdan etibarən bu xətt üzrə daşımalar "BakuBus"  MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.
Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək”,- rəsmi məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin