Kişi deputatlarımız 8 Martda xanımlarına nə hədiyyə edəcək?

Hazırda oxunan: Kişi deputatlarımız 8 Martda xanımlarına nə hədiyyə edəcək?

125537
Sabah 8 Mart Beynəlxalq Qadınlar günü kimi qeyd ediləcək. Qadınların bayram günündə kişilər zərif cinsin nümayəndələrini təkcə xoş sözlərlə deyil, aldıqları hədiyyələrlə təbrik etməli olurlar. 

Maraqlıdır, kişi deputatlarımız 8 Martda xanımlarına nə hədiyyə alacaq?

AzVision.az bu sualla Milli Məclisin kişi deputatlarına müraciət edib:

Deputat Adil Əliyevin fikrincə, bayramda təbriklər fərqli olduğu kimi, alınan hədiyyələr də imkana görə dəyişir. Millət vəkili xanımına 8 Martda ətir almağı planlaşdırır.

Millət vəkili Yevda Abramova ailə üzvləri yanında olmadığı üçün hədiyyə almağı düşünmür: “Mən tək yaşayıram, ailəli deyiləm. Gəlinlərim xaricdə yaşadığı üçün hədiyyə ala biləcəyim insan yoxdur. Ona görə də kiməsə hədiyyə almağı planlaşdırmıram. Buna baxmayaraq, həmişə xanımlara hörmət edirəm. Azərbaycanın bütün xanımlarını bu gün münasibətilə təbrik edirəm”x9d. 

Deputat Fəzail Ağamalı isə xanımına gül hədiyə edəcəyini deyib: “Evimizdəki xanımlara hər zaman gül hədiyə edirəm. Çünki başqa hədiyyələri almağa ehtiyac yoxdur. Evdə təsərrüfat müdiri xanımdır. Nə lazımdırsa, özü alır. Qızıma da, gəlinlərimə də, qız nəvələrimə də hədiyyə alacağam”x9d.

Deputat Xanhüseyin Kazımlı isə hədiyyəyə deyil, mənəviyyata önəm verdiyini deyib: “Mən maddiyat güdən xanımlarla razılaşmıram. Mənəviyyat önəmlidir. Mənəviyyat hər şeydən üstündür. Ona görə də hesab edirəm ki, gül bir neçə gündən sonra sola bilər, amma münasibət, uğurlarımız heç vaxt solmur”x9d. 

Millət vəkili Vahid Əhmədov ənənəsinə sadiq qalacağını bildirib: “Hədiyyə kimi həmişə ətir bağışlayıram. Bu il də ətir alacağam”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin