Kürdəmirdə yazın gəlişinin müjdəçisi olan ilaxır çərşənbə torpaq çərşənbəsi qeyd olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, baharın müjdəçisi olan İlaxır çərşənbə kimi də adlanan Torpaq çərşənbəsi münasibətilə bayram tədbiri Kürdəmir rayon İcra Hakimiyyətinin və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətin Başçısı Elxan İbrahimov və rayon ictimaiyyətinin eləcə də mədəniyyət mərkəzinin nümayəndələri iştirak ediblər.
Bayramın atributlarından olan Kosa və Keçəl maraqlı məzhəkələrlə iştirakçıları əyləndiriblər. İdmançıların maraqlı çıxışları, yumurta döyüşdürülməsi, müxtəlif oyunlar bayram əhval-ruhiyyəsi yaradıb. Əllərində yanar lopalar tutmuş oğlanlar tonqalın yandırılması mərasimində iştirak ediblər.
Təşkil olunan şənlikdə rayonun incəsənət ustaları yazın gözəlləyini özündə əks etdirən mahnılarla çıxış ediblər.
Qeyd edək ki, İlaxır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş və yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması ərəfəsi məhz ilin axrıncı çərşənbəsinə həvalə olunur.
Aqil Əsədov,Bizim.Media,Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:05 / 14.03.2023
Kürdəmirdə İlaxır çərşənbə BELƏ qeyd edildi - FOTO
Hazırda oxunan: Kürdəmirdə İlaxır çərşənbə BELƏ qeyd edildi - FOTO
Hazırda oxunan: Kürdəmirdə İlaxır çərşənbə BELƏ qeyd edildi - FOTO
125533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.