Hövsan qəsəbəsi ”“ “Əhmədli”x9d metrostansiyası istiqamətində hərəkət edən 132 saylı marşrut avtobuslarından birinin sürücüsü 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bu gün qadın sərnişinlərə maraqlı jest edib.
Səhər saat 09:50 radələrində avtobusu sonuncu dayanacaqda ”“ “Əhmədli”x9d metrostansiyasının qarşısında saxlayaraq sərnişinləri salondan düşürən sürücü “Xanımlar gediş haqqı verməyə bilər, bayram hədiyyəmdir”x9d deyib.
Onun bu sözləri salondakı qadın sərnişinlər tərəfindən təəccüblə qarşılanıb. Bəzi qadınlar hətta bu sözlərin doğruluğuna inanmayıb. Lakin sürücü ona 30 qəpik gediş haqqını uzadan bəzi qadın sərnişinlərə “sizə gediş haqqı pulsuzdur”x9d sözlərini bir daha təkrar edib.
Bundan sonra bir neçə sərnişin sürücüyə təşəkkür edərək avtobusdan düşüb. Bəzi sərnişinlər isə minnətdarlıq edərək gediş haqqını ödəyiblər.(Publika.az )

































































































