Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reys təyin edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məlumatında bildirilib.
Məlumata görə, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 17.00-da yola düşən qatar mənzilbaşına saat 21.55-də çatacaq.
Xatırladaq ki, martın 18-də səhər saat 08.25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13.20-də, 08.45-də yola düşən ikinci qatar isə saat 13.40-da Ağstafaya çatacaq.
ADY bildirir ki, Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100 km/saat təşkil edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:28 / 14.03.2023
Bayramla əlaqədar bu bölgə marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi TƏYİN EDİLDİ
Hazırda oxunan: Bayramla əlaqədar bu bölgə marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi TƏYİN EDİLDİ
Hazırda oxunan: Bayramla əlaqədar bu bölgə marşrutu üzrə sərnişin daşımaları üçün axşam reysi TƏYİN EDİLDİ
125514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.