Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:
"Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:06 / 14.03.2023
Kürün suyunun azalmasının səbəbi AÇIQLANDI
Hazırda oxunan: Kürün suyunun azalmasının səbəbi AÇIQLANDI
Hazırda oxunan: Kürün suyunun azalmasının səbəbi AÇIQLANDI
125487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.