Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.
Bizim.Media "report.az" a istinadən xəbər verir ki, bu barədə "Liv Bona Dea Hospital"dan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda hipermarketə silahlı hücum edən 3 nəfər TUTULUB - RƏSMİ
Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə "Liv Bona Dea Hospital"a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib:
"Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib.
Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir".
Bizim.Media