3 rayonda törədilən pozuntularla bağlı cinayət İŞİ BAŞLANDI

Hazırda oxunan: 3 rayonda törədilən pozuntularla bağlı cinayət İŞİ BAŞLANDI

125424

Azərbaycanda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb. 

Belə ki, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23 min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin