“Tərtər işi” üzrə təqsirləndirilən 4 nəfərin MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: “Tərtər işi” üzrə təqsirləndirilən 4 nəfərin MƏHKƏMƏSİ BAŞLAYIR 

125376

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayır.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə hazırlıq iclası bu gün keçiriləcək.

İclaslar Sumqayıt Məhkəmə Kompleksində keçirilək. 192 nəfərin zərərçəkmiş qismində tanındığı cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin