“Dünən yubileyim idi. O qədər insanlar məni təbrik etdi ki. Hamısından çox razıyam. Aralarında yüksək vəzifə sahibi olanlar da var idi. Amma mənim üçün fərqi yoxdu. Mənim üçün bütün dostlarım önəmlidir. Elə sizdən də razıyam. Çox sağ olun ki, zəng vurum məni yada salırsız”x9d.
Bunu Moderator.az saytına açıqlamasında 80 yaşı tamam olan qocaman professor Çapay Sultanov deyib. Qeyd edək ki, mineralogiya elmlər doktoru olan Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib.
Ç.Sultanov neft-qaz yataqlarının kəşfinə görə üç diploma layiq görülüb. Elmlər Akademiyasında işlədiyi dövrdə Sultanov 150-dən çox məqalə dərc edib. O, 10 elmlər namizədi hazırlayıb.
Ç.Sultanov 16 il ərzində respublika Şahmat Federasiyasına başçılıq edib. Son 10 il ərzində onlarla kitabı çap olunub.
Qocaman professor sonda xalqa arzularını da çatdırıb:
“Mən xalqa əmin-amanlıq arzu edirəm. Xalq bir olmalıdı. Dünyada çox çətin proseslər gedir. Bütün bunların qarşısında xalqda mütləq birlik olmalıdır”x9d.
Elmin Nuri






























































































