2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanların 50 faizindən çoxunda dövlət attestasiyası nəzərdə tutulmayıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
“Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir
Belə ki, humanitar ixtisas qrupu üzrə 15 ixtisas, iqtisadiyyat və idarəetmə üzrə-10 ixtisas, təhsil ixtisasları qrupu üzrə 21 ixtisas, İT ixtisasları üzrə 3 ixtisas, təbiət ixtisasları qrupu üzrə 11 ixtisas üzrə dövlət imtahanı nəzərdə tutulmayıb.
Həmin ixtisaslar üzrə qəbul olunanlar tələb olunan kreditləri toplayaraq universitetləri bitirmiş olacaqlar:
"Ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur. 2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. Hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər".
Aygün İbrahimli, Bizim.Media