İndi baxıram ki, üzərindən xeyli müddət keçəndən sonra AXCP-dən olan məxluqlar, Bəhruz Həsənli və başqa ləyaqətsizlər, ardınca da Millətçi Gənclər təşkilatına aid profillər həvəslə bu şəkilləri paylaşaraq bizi söymək üçün fürsət əldə ediblər. Eybi yox, bir gün vaxt ayırıb bunlara ayrıca bayraq dərsi keçərəm. Ancaq əsas düşündürücü məqam başqadır.xa0
Necə olur ki, bu üç fərqli görünən cinahlardan hər dəfə bizə qarşı eyni hücumları müşahidə edirik? Necə olur ki, İranyönlü saytlarda əleyhimizə hansı materiallar gedirsə, dərhal bunların da səhifələrində paylaşılır? Prinsipcə yalandan da olsa guya Elçibəyin yolunu getdiklərini iddia edən AXCP-nin və Millətçi Gənclər təşkilaının Bütöv Azərbaycan şüarına görə İrançı qüvvələrlə maraqları toqquşmalıydı və bunların birləşmə ehtimalı olmamalıydı.xa0
Diqqət yetirsəniz, Nardaran hadisələrində hansı qüvvələrin ölkəmiz üçün problem yaratdığı hamımıza aydın olduğu halda dövlətin dini ekstremizmə qarşı atdığı addımlara qarşı İran ayətullalarının verdiyi bəyanatlarla sosial şəbəkədə özlərini cəbhəçi adlandıran məxluqların bəyanatlarında xeyli ortaq məqamlar və çağırışlar yer alırdı. Təsəvvür edə bilərsinizmi ki, Azadlıq hərəkatından çıxmış, yaxud da əsil cəbhəçi kimliyini daşıyan hansısa şəxsiyyətli azərbaycanlı İran ayətullaları ilə eyni mövqedən çıxış etsin? Bu mümkün ola bilməz. Ancaq bu saxta cəbhəçilər insan haqları bəhanəsi ilə ölkədəki xurafatı və cəhaləti dəstəkləmək yolunu tutmaqdan çəkinmədilər. Bizim iradəmizi ifadə etməyən yanlış şəkli bəhanə edib bizi söyən və söydürən bütün irançı, cəbhəçi və saxta milliyətçi ünsürlərin birləşməsi həqiqətən də düşündürücüdür və Şəxsimə qarşı hansı çirkin vasitələrə əl atırlarsa atsınlar, bu birliyə qarşı bundan sonra da cavabımız sərt olacaqdır.
Fazil Mustafa, millət vəkili
































































































