Qarabağdakı erməni sakinlərə MÜRACİƏT OLUNDU

Hazırda oxunan: Qarabağdakı erməni sakinlərə MÜRACİƏT OLUNDU

125245

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ erməniləri Bakıda görüşə dəvət edilir - PA


“Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi (Ramin Məmmədov - red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək”.

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinləri növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin