39 yaşlı müəllimin ölüm səbəbi MƏLUM OLDU – RƏSMİ

Hazırda oxunan: 39 yaşlı müəllimin ölüm səbəbi MƏLUM OLDU – RƏSMİ

125232

Xəbər verildiyi kimi, Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın halı qəfil pisləşib. O, səhhətində yaranan problemlə əlaqədar ötən gün Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunub. Qadın müəllim əməliyyatdan sonra vəfat edib. 

Müəllimin ölümünün müəmmalı olması sosial şəbəkələrdə müzakirə yaradıb. Iddialara görə əməliyyat uğurlu keçmədiyindən qadının ölməsi ilə nəticələnib.
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə gənc müəllim qəfildən öldü


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusunu cavablandırıb:

“1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Çox ağır vəziyyətdə olan xəstəyə lazimi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu  (bağırsaq infarktı)  nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
 

Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-ə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub. 


Qeyd edək ki, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansının olmadığı kimi qəbul olunur”, - deyə məlumatda bildirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin