Martın 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kameraları vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Bizim.Media-ya bildirilib ki, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları Davud Əfşar Canmurad oğlu, Nadir Cümə Abdulrauf oğlu və Nəcibulla Halili Abdulnəzər oğlu olduqları müəyyən edilib.
Bizim.Media