Yollara atılmış “ÖLÜ AVTOMOBİLLƏR” - Bu vəziyyətə nə zaman son qoyulacaq? - FOTOREPORTAJ

Hazırda oxunan: Yollara atılmış “ÖLÜ AVTOMOBİLLƏR” - Bu vəziyyətə nə zaman son qoyulacaq? - FOTOREPORTAJ

125217

Paytaxt yollarında yaranan tıxaclara səbəb olan amillərdən biri də illərdi yollara atılmış yarasız avtomobillərdi. Bəziləri o qədər çoxdan küçələrə tərk edilib ki, hətta üzərində ot da cücərib, ağac da bitib. 

Bu avtomobillər təkcə tıxaclara səbəb olmur, həm də təhlükə mənbəyidir. Gecənin elə saatları olur ki, onları ayırd etmək çətin olur və qəza vəziyyəti yaranır. 

Belə avtomobillər estetik cəhətdən küçələrimizin gözəlliyinə xələl gətirməklə bərabər dayandığı yerdə zibil qalaqlanmasının da səbəbinə çevrilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisi səhhətində problem olan sürücülərə müraciət etdi


Qeyd edək ki, paytaxt yollarında bu cür avtomobillərin sayı yüzlərlədi. Nə üçün utilizasiya edilmir sualı isə araşdırma mövzusu olduğu üçün Bizim.Media problemin səbəblərini ekspert və əlaqədar qurumlarla çözməyə çalışır.

İndi isə yaranmış arzuolunmaz mənzərə ilə bağlı fotoları təqdim edirik: 














Əhməd Fikrətoğlu, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin