Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.
Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 13.03.2023
Kərpic zavodunda fəhlənin ölməsi ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Kərpic zavodunda fəhlənin ölməsi ilə bağlı cinayət işi BAŞLANDI
Hazırda oxunan: Kərpic zavodunda fəhlənin ölməsi ilə bağlı cinayət işi BAŞLANDI
125216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.