“Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var:
“Hazırda qəbul sistemi şaquli qəbul sistemidir. Mahiyyətcə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 13.03.2023
“Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir
Hazırda oxunan: “Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir
Hazırda oxunan: “Qəbul qaydalarında dəyişikliyə ehtiyac var” - Nazir
125199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.