Goranboyda toydan qayıdan avtomobillərin toqquşması ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin versiyaya görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yol kənarındakı digər maşınlara çırpılıb.
Qəza nəticəsində 1 nəfərin öldüyü, bir nəfərin isə ağır vəziyyətdə xəstəxanaya aparıldığı deyilir.
Bildirildiyinə görə, qəzada toqquşan hər üç avtomobildə olanlar toydan qayıdırmışlar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu