Xaçmazda ötən gecə yanaraq ölən 85 yaşlı kişinin şəxsiyyəti məlum olub.
Bizim.Media-nın məlumatına görə, Köhnə Xaçmaz kənd sakini, Xaçmaz şəhərinin Tərəvəzçi-11 ünvanında yaşayan Kamal Əlövsət oğlu Zamanov ehtiyatsızlıqdan istilik sobasının üzərinə yıxılıb.
O, yanıq xəsarətləri alaraq ölüb. Meyit tibbi ekspertiza edilib.
Ölüm faktını Xaçmaz rayon Prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu