Azərbaycan baş naziri Artur Rasizadə martın 5-də ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş nazirlərinin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Artur Rasizadə Viktor Orbanı və başçılıq etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanın və Macarıstanın dost dövlətlər olduğunu vurğulayan A.Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan ilə əməkdaşlığa önəm verdiyini söyləyib.
Görüşdə Macarıstan nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən baş nazir deyib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilməyib. ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
V. Orban ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın çətin vəziyyətlə üzləşdiyini xatırladığını deyən Macarıstanın baş naziri bu gün ölkəmizdə sürətli inkişafın şahidi olduğunu vurğulayıb.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra sənədlər imzalanıb.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”x9dnu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Macarıstanın milli iqtisadiyyat naziri Mihali Varqa imzalayıblar.
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”x9dnu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
“Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”x9dnu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
“Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu”x9dnu bu ali məktəblərin rektorları Asəf İsgəndərov və Ferents Savai imzalayıblar.






































































































