BİZİM TƏQVİM: 13 martda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 martda dünyada nələr olub?

125109

Tarixin bu günündə Azərbaycan dövləti və xalqı daha bir imtahan verib. 1995-ci ilin məhz bu günündə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandanı Rövşən Cavadovun başçılığı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd olunub. Ağstafa rayonunda başlanan təxribat daha sonra qonşu rayonlara keçib. Qısa zamanda bir neçə qərb rayonunda bütün dövlət strukturlarına əl qoyan üsyançılar Bakıya doğru hərəkət ediblər. Amma Azərbaycan xalqının birliyi sayəsində martın 17-də dövlət çevrilişinin qarşısı alınıb.

Bəs, 13 martda dünyada daha hansı hadisələr baş verib?

1.  624-cü ildə bütpərəst məkkəlilərin ziyarətə gələn müsəlmanları zorla şəhərdən çıxarmaları və onların mallarını qarət etmələri nəticəsində müsəlmanlar və inancsız məkkəlilər arasında Bədr Müharibəsi baş verdi. Mədinənin 160 kilometr cənub-qərbindəki su quyuları ətrafında gedən savaşda 305 adamdan ibarət olan müsəlman döyüşçü təxminən 1000 nəfərlik düşmən ordunu məhv etdi və 13 martda müharibəni qazandılar.

2.  Sultan Süleyman Qanuninin əmrindəki Osmanlı ordusu 1552-ci ilin 13 mart tarixində paytaxt Belgradı ələ keçirərək Macarıstanı aldı.

3.  Günəş sisteminin yeddinci planeti olan Uran alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən 13 mart 1781-ci ildə kəşf edildi.

4.  13 mart 1869-cu ildə Rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamladı.

5.  1840-cı ilin 13 martından başlayaraq 30 il ərzində (1870) Osmanlı imperiyasındaHicri təqvimi ilə yanaşı Rumi təqvimi də işlədilməyə başlandı.

6.  13 mart 1909-cu ildə “Zənbur” jurnalı ilk dəfə nəşr olunub

7.  1964-cü ilin 13 martında Türkiyə Birləşmiş Kipr Dövlətinin başçısı Makariosa nota verdi. Notada bildirilirdi: “Kiprdə rumların türklərə qarşı hücumlarına son qoyulmazsa, Türkiyə qaranti haqqlarından istifadə və adaya müdaxilə edəcək.

8.  2013-cü il 13 martda argentinalı kardinal Xorqe Mario Berqolio katolik dünyasının 266-cı Papası seçildi. Berqolio 1000 illik Avropa tarixində xaricdən seçilən və Latın Amerikasından olan ilk Papa sayılır.

13 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.  Sovet dövrünün məhşur pedaqoqu və yazıçısı Anton Makarenko 1888-ci ilin 13 martında anadan olub.

2.  Dramaturq, teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə anadan olub.

3.  Sevilən xanəndə  Rövşən Behcət 13 mart 1945-ci ildə dünyaya göz açıb.

4.  Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mənsurov 13 mart 1975-ci ildə doğulub.

5.  Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əbluc13 mart 1994-cü ildə vəfat edib..

6.  Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor, məşhur 91-lərdən olan Əjdər İsmayılov 13 mart 2022-ci ildə dünyasını dəyişib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin