Nazim Hikmətin azərbaycanlı “övlad”x9dı: “Mənə yumruq atdı..."

Hazırda oxunan: Nazim Hikmətin azərbaycanlı “övlad”x9dı: “Mənə yumruq atdı..."

125055
Moderator.az “Yada düşər xatirələr”x9d layihəsindən növbəti yazını təqdim edir. Bu dəfə böyük türk şairi Nazim Hikməti “övladları”x9d xatırlayacaq. Onun bir doğma övladı olub ”“Münəvvər xanımdan Məhmət. Amma mənəvi övladlarının sayı bir neçədir. Öncə başlayaq Məhməd Fuaddan...xa0

1930-cu ilin bir payız günü Nazimin bacısı Samiyənin rəfiqəsi olan Pirayə xanım onlara qonaq gəlir. Şair o zaman birinci arvadından ayrılmışdı. Həmçinin Pirayə xanım da aktyor ərindən ayrılıb iki övladı- Məhmət və Suzan ilə yaşayırdı. Aralarında məhəbbət macərası yaşanır. Nazim Hikmət həbsdə olduğu zaman Pirayə ilə aralarında 581 məktub yazışması olur. Nazimin məşhur

Nə xa0gözəl şey xatırlamaq səni
Ölüm və zəfər xəbərləri içindən
Həbsdə
Və yaşım qırxı keçmiş ikən...

misraları da Pirayə xanım üçün yazılmış şeirlərinin birindən götürülüb. Aralarında rəsmi evlilik olmasa da Nazim Pirayənin övladlarını, xüsusən də Məhmət Fuadı öz övladı kimi sevib. Münəvvər xanımdan olan doğma oğlu Məhmət anadan olana qədər bir neçə şeir və məktubunda adını çəkdiyi Məhmət elə Pirayə xanımın oğludur.xa0

Nazim Hikmət məktublarının birində Məhmətə yazırdı:

“Sənin bioloji varlığında mənim payım yoxdu. Fəqət sənin ruhunda və şüurunda mənim atalığım var. Səni anan başqa kişidən doğdu, fəqət bu mənim üçün heç bir şey ifadə etməz. Sən mənim oğlumsan! O qədər mənim oğlumsan ki, ananla aramızda münasibətlər hansı şəkildə olursa ”“olsun bu sənin mənim oğlum olmağını dəyişdirməz.xa0

Məhmət Fuad da atalığına belə yazırdı:

“Mənim bir tək atam var- bu, sənsən. Başqa heç kimsəni atam olaraq istəmirəm. Atamın yanında olmasını istərsəm, Nazimi istərəm. Dünyada üç insan vardır ki, bunları hamıdan çox sevirəm: sən, Suzan və anam”x9d.

Məhmət Fuadı Nazimin həbsxanadan yolladığı məktublar yetişdirir. Bunun nəticəsi idi ki, o, şairin ölümündən sonra basqılara baxmayaraq onun kitabını çıxarır. Buna görə hətta 15 il həbs cəzasına da məruz qala bilərdi. Yalnız kiçik bir təsadüf Məhmət Fuadı həbsdən xilas edir.xa0

Şairin digər mənəvi övladı isə azərbaycanlı Çingiz Fərəcov olub. Keçmiş dövlət məmuru bu barədə bir neçə yerdə - həm çap, həm də elektorun mətbuu orqanlarda da çıxış edib. Biz də yazıda həmin mətbuat orqanlarının ikisindən çıxarış edərək bəzi qeydləri diqqətə çatdırırıq:

Mən səndən əvvəl dünyadan
köçmək istəyirəm
Mən öləndə məni yumazsınız, məni
bastırmazsınız
Məni yandırıb külümü bir şəffaf
şüşəyə tökərsiniz
Məndən sonra sən gəlir, səni də
bastırmasınlar
Səni də yandırıb mən olan şüşəyə
Töksünlər.

Hər şey də bu şeirdən sonra başlayır. O zaman 10 yaşı olan internat evində böyüyən Çingiz Fərəcov Moskvada xa0bu şeiri çox gözəl ifa edir.xa0

Həmin vaxt ön sırada oturan uzun boylu, buruq saçlı, qırmızı bığlı biri ona yaxınlaşaraq "Məni tanıyırsanmı?" deyə soruşur. Çingiz tanımadığını söyləyincə "oxuduğun şeiri mən yazdım" deyə cavab verir. Həmin gün Nazim Hikmət 10 yaşlı Çingizlə bütün şəhəri gəzir, birlikdə yemək yeyir və ona geyim alır. Hər dəfəsində də şairin gözlərindən yaş axır. Çünki Çingiz ona ayrı düşdüyü doğma oğlunu-Məhməti xatırladırdı.

Sonra nümayəndə heyəti vətənə qayıdır. Nazim Hikmət Çingizi unuda bilmir. Nəhayət onu övladlığa götürmək qərarına gəlir. Bundan sonrasını isə Çingiz Fərəcov xatirələrində bu cür danışır:

“Müəllimlə birlikdə Moskvaya gəldik. Qatar stansiyasında bizi Nazim əmi və Qalina xanım qarşıladı. Evlərinə getdik, iki mərtəbəli balkonlu çox gözəl bir ev idi, ayrıca dörd otaqlı ev kirayələmək bir evi daha vardı Nazim Hikmətin. Mənimlə çox yaxşı davranırdılar. Həyatım bir şeirlə tamamilə dəyişmişdi, yeni bir məktəbə gedirdim, çox yoldaşım olmuşdu. Bir çox oyuncaq əşyaya qovuşmuşdum. Hər şey mənə yuxu kimi gəlirdi.

Nazim Hikmət, suyla özünə edilən işgəncələrdən ötəri sudan nifrət edirdi. Bir gün belə yuyunduğunu görmədim. Bu səbəblə Qalina ilə davamlı mübahisə edərdilər. Galina çox gözəl və yaxşı ürəkli bir qadın idi. Nazim əmini xiyar lasyonuyla silər təmizlərdi. Qalina onu bir həkim kimi müayinə edərdi. Türkiyə sevgisi hər zaman onu ağladırdı. Bir gün dönə bilmək ən böyük istəyi idi.

Rus dilini pis bilmədiyim üçün adaptasiya problemi yaşayırdım, vətən üçün darıxmışdım. Dönmək istədiyimi söyləyən vaxt məni hər dəfə razı salardılar. Bir gün Qalina evə gələndə aralarında mübahisə düşdü, səs-küyə qonşular gəldi. Nazim əmi mənə bir yumruq atdı, mən o gün qəti olaraq dönməyə qərar verdim. Qonşuların da köməyilə yük qatarı ilə 5 gündə Bakıya, oradan da Şuşaya çatdım. Amma Nazim Hikmət məni heç unutmadı, davamlı axtardı, hədiyyələr göndərdi. Bu zaman ərzində bir neçə dəfə də Bakıda görüşdük. Ölən vaxt dəfninə getdim, yoldaşı Münəvvər xanım və oğlu Mehmet də gəlmişdilər. Moskvada “Novaya device”x9d qəbiristanlığında torpağa tapşırıldı.

Nazim Hikmət mənə "Ən böyük arzum bir gün Türkiyəyə dönmək, o olmazsa məzarım orada olsun, o da mənə yetər" demişdi.

Qeyd: Yazıda xalq yazıçısı Anarın Nazim Hikmətə həsr etdiyi “Kərəm kimi”x9d kitabından da istifadə olunub.

Elmin Nuri
Nazim Hikmətin azərbaycanlı “övlad”x9dı:  
 <i style=“Mənə yumruq atdı..."" src="//old.moderator.az/fotobaza/original/11880.jpg">Nazim Hikmətin azərbaycanlı “övlad”x9dı:  
 <i style=“Mənə yumruq atdı..."" src="//old.moderator.az/fotobaza/original/11881.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin