Çox təəssüf edirəm ki, Pənah bəy və digərləri mənim dəyirmi masa təklifimi qəbul etmədilər, dedilər ki, tarixdi. Ancaq bu günkü problemlərin kökündə elə həmin günlərin xəyanətləri durur. Dəyirmi masada ona görə israrlıyam ki, bu gün gedən proseslərin bünövrəsi o vaxt qoyulub. Bu gün də həmin barmaqlar yenə oynayır, bu millətə əsl həqiqəti açıb demək lazımdır.xa0
Gərək Pənah bəy yaddaşını bu qədər yerə vurmayaydı. Deyir ki, onu Elçibəy İsa Qənbərə demişdi ki, ağsaqqalı göndər, ona görə də Tofiq Bağırov gəlmişdi. Yəqin Pənah bəy unudub ki, mart ayının 20-21-i Əbülfəz bəyin Gəncədə fövqəlada vəziyyət elan olunması haqqındakı imzalanmış, ancaq elan olunmamış fərmanını özü ilə Gəncəyə gətirmişdi. Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsində oturduq, zavod direktorlarını, büdcə təşkilatlarının adamlarını ağsaqqal adı ilə ora çağırmışdı ki, ona qulaq assınlar. Onu da xatırladım ki, elə orada general Rafiq Ağayevi təhqir edib otaqdan çıxartdı, orda keçmiş baş prokuror İxtiyar Şirinov da iştirak edirdi. Dedim ki, əvvəla burada fövqəladə vəziyyət elan etmək lazım deyil, vəziyyəti gərginləşdirməyin. Yaxşı olar ki, sən get, rəhmətlik İsmayıl Şıxlını, Tofiq Bağırovu gətirin. Mənim təklifimlə gedib Tofiq Bağırovu gətirdilər. Martın 25-i 1993-cü ildə Surət Hüseynova dedim ki, bunlar Gəncədə vəziyyəti gərginləşdirib sənin üzərinə yıxmaq istəyirlər, bir qədər fikirləş.xa0
Həmin gün barışıq elan olundu, hamısı köhnə 23-cü diviziyanın qərargahına gəldilər, öpüşüb qucaqlaşdılar, qurban kəsdilər, hətta İsgəndər Həmidova Surət orda qohum da çıxdı. Surətin atası rəhmətlik Davud kişi xəstəydi, İsgəndərlə Surət getdi onu görməyə. Mən də maşına minib qayıtdım Şəkiyə ki, mən artıq istefa vermişəm. Allah rəhmət eləsin, Nəcəf Nəcəfov ordaydı, ona bütün baş verənləri danışdım, dedi ki, bütün bunları hökmən Elçibəyə danışacam. Orda qərara gəlinmişdi ki, Surət Hüseynov həmin qərargahdan çıxır, yenidən onu rəsmi şəkildə Yun zavodunun direktoru elan edirlər. Amma bir şərtlə ki, əvvəlcə onun Əbülfəz bəylə görüşünü təyin edəcəklər.xa0
Həmin gün Surət Hüseynov da qərargahdan çıxdı getdi, 25-dən 28-nə kimi bunlardan səs çıxmadı. Müdafiə Nazirliyinə göstəriş verilmədi ki, qərargaha öz dəstələrini yerləşdirsin. Həmçinin Surət Hüseynovun Əbülfəz bəylə görüşü də yaradılmadı. Bundan sonra da məsələlər getdikcə gərginləşdi, sonradan Kəlbəcər işğal olundu.xa0
Pənah Hüseyn onu da deyir ki, Surət Hüseynovun nüfuzu Rəhim Qazıyevi narahat edirdi. Əvvəla, mən özümdən yaşda kişik olanların ağlı, biliyi ilə hər zaman fəxr etmişəm. Çünki mənim peşəm müəllimlikdir, əsl müəllimin də tələbəsi özündən irəli getməsə, demək ki, o müəllimin vətənə, millətə xidməti yoxdur. İkincisi, əgər mənim nüfuzum yox idisə, bunlar hakimiyyətə gələn gündən mən üçüncü ərizəmi verib vəzifədən gedən günə qədər niyə mənə qarşı mübarizə aparırdılar? Nüfuzsuz adama qarşı da 11 ay mübarizə apararlarmı? Pənah Hüseynin danışdıqları başdan ayağa uydurma olduğuna görə sözlərində məntiq də yoxdur, sonrakı cümləsi əvvəlkini inkar edir. İyunun 17-də bir dəfə şifahi demişəm ki, gedirəm, işdən azad olunmaq üçün iyunun axırında birinci ərizəmi, noyabrda ikinci ərizəmi vermişəm. Bu boyda oyunu uydurmaq nəyə lazım idi ki, mən ərizəmi verəndə işdən çıxarardınız. Bu qədər ləkə, iftira atıb, insanların gözündən salıb, qələbəmizi məğlubiyyətə uğratmaq nəyə lazım idi? Ona görə də bu məsələni millətin, xüsusilə də gənclərin qarşısında qaldırmaqdan ötrü dəyirmi masa olmasını istəyirəm.xa0
Digər bir məsələ, Pənah bəy baş nazir təyin olunanda onun yanında oturmuşdum, ondan bir adam o tərəfə də Fərəc Quliyev oturmuşdu. Bəli, mən demişəm ki, Rəhim Hüseynov kimi iqtisadiyyatı, sənayeni, təsərrüfatı dərindən bilən bir adamı çıxarıb iqtisadiyyatın, təsərrüfatın nə olan şey olduğundan xəbəri olmayan Pənah Hüseynovun baş nazir təyin oluması vətəndaş müharibəsinə gətirib çıxarar, heç qırx gün davam etməz. Doğrudan da cəmi 40-41 gün keçdi. Mən bu sözü demişəm, ona görə demişəm ki, Pənah Hüseyn hələ dövlət katibi olanda Türkiyəyə getmişdi. Türkiyədən köhnə komersantların işlətdiyi köhnə "Mersedes" maşınları od qiymətinə alıb gətirmişdi. Uzun "Limuzin" maşınlarından alıb gətirmişdi ki, ona heç bir normal dövlət rəhbəri əyləşməmişdi, gəlin aparıdılar o maşında. Daha sonra gedib İrandan 60-cı illərin modeli olan "Mersedes" avtobusların biri 58 min dollara böyüklərini, xa0biri 25 min dollara balacalarını almışdı. Həmin dövrdə böyük avtobusun, hansı ki, heç nəyə yaramırdı, birinə verilən pula Rusiyadan 10 dənə "LAZ" avtobusu alıb gətirmək olardı. O avtobuslar bizim yollarımıza daha dözümlü idi. Mən də bütün bunları görmüşdüm deyə bilirdim ki, Rəhim Hüseynov kimi həddindən artıq lazımlı olan bir şəxsi çıxarıb, ömründə iqtisadiyyatla məşğul olmayan birini baş nazir qoyurlarsa, iki günə ölkənin iqtisadiyyatı dağılacaq. O, Rəhim Qazıyev vətəndaş müharibəsinin olacağını bilirdi deyir. Mən ekstrasens deyildim, fala baxmırdım, Pənah kimi sənayedən, təsərrüfatdan, istehsalatdan, maliyyədən xəbəri olmayan adamı o dövrdə baş nazir təyin etmək məndə o təəssuratı yaratdı ki, bu iqtidar iflasa gedir. xa0Hələ ondan da iki ay qabaq Rəhim Hüseynovu çıxarıb yerinə Əli Məsimovu qoymuşdular, Əli Məsimov iqtisad elmləri doktoru idi. Mən onda dediyim sözün bu gün də üstündə dayanıram.xa0
Deyirlər ki, mən prezident olmağa iddialıydım, 18 mayda çevriliş olmalıydı. Hamısı absurd sözlərdi, mənim ağlım yox idimi, qapı açıq ola-ola niyə pəncərədən girməliydim ki?! Prezident olmaq istəsəydim mən də seçkilərdə iştirak edərim, halbuki, o dövrdə mənim nüfuzum onlardan ən azı beş faiz yuxarı idi. Mən heç vaxt prezident iddiasında olmamışam və prezident olmaq istəyənlərin heç birindən də nə ağlım, nə savadım, nə vətənə məhəbbətim onlardan az deyildi. Uydurma fikirlər, sözlər danışmasınlar.
Bax elə bütün bunlara görə dedim ki, nə qədər sağıq, nə qədər ki, bunların ara qatmaq imkanı var, dəyirmi masada görüşməliyik. Mən dəyirmi masaya israrlıyam, gəlsinlər bir-bir faktlarla danışaq, daha belə uydurma sözlər danışmayaq. Gəlib desinlər ki, Surətlə Elçibəyi niyə görüşdürmədilər, qərargah nəyə görə təhvil alınmadı. Bu, o dövrdəki iqtidara xidmət idi, yoxsa xəyanət, vəziyyət get-gedə ağırlaşırdı axı.
Rəhim Qazıyev, kemiş müdafiə naziri



























































































