“Həkimləri İcbari Tibbi Sığortadan narazı salan əsas səbəb – BONUS DAVASI” başlıqlı məqaləmizdə həkim Elsevər Kərimovun şikayətini vermişdik.
Yazıya dərhal reaksiya verən TƏBİB Bizim.Media-ya öz münasibətini yollayıb.
Yazılı məlumatda qeyd edilib ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elsevər Kərimov 487 manat noyabr ayı üzrə aylıq vəzifə maaşı, 800 manat aylıq sabit əlavə və əlilliyə görə 97 manat 40 qəpik məvacib alıb:
“Həkimə 467 müayinə və 105 müalicə xidmətinə görə ümumilikdə 934 manat 72 qəpik işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə hesablanıb. Beləliklə, həkimin noyabr ayı üzrə gəliri ümumilikdə 2319 manat 12 qəpik (tutulmalar daxil) təşkil edib”.
Qurumdan əlavə olaraq bildirilib ki, həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə görülən işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələr həkim ixtisasları üzrə və fəaliyyət növü üzrə tətbiq edilən tarifin Qaydada əksini tapmış faizi həcmində müəyyən edilir:
“Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə, həkim müayinəsinin aparılması xidmətinə görə tətbiq edilən tarifin 8%-i həcmində aylıq həvəsləndirici əlavələr hesablanır. Qeyd edirik ki, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 11.03.2023
TƏBİB: “Həkim üçün tarifin 8%-i həcmində həvəsləndirici əlavələr hesablanır”
Hazırda oxunan: TƏBİB: “Həkim üçün tarifin 8%-i həcmində həvəsləndirici əlavələr hesablanır”
Hazırda oxunan: TƏBİB: “Həkim üçün tarifin 8%-i həcmində həvəsləndirici əlavələr hesablanır”
124978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.