Bu gündən cins mal-qara və cücə idxalının gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin 22 yanvar tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana gətirilən dərmanların tərkibi dəyişdirilir? – İDDİA
Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.
Bizim.Media