Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
Bizim.Media xəbər verir ki, Xankəndidən Laçın istiqamətdə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 11 təminat-təchizat və iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, bir minik avtomobili də Laçına gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:53 / 11.03.2023
Sülhməramlıların daha 14 avtomobili Laçın-Xankəndi yolundan KEÇDİ
Hazırda oxunan: Sülhməramlıların daha 14 avtomobili Laçın-Xankəndi yolundan KEÇDİ
Hazırda oxunan: Sülhməramlıların daha 14 avtomobili Laçın-Xankəndi yolundan KEÇDİ
124964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.