"Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb" - TƏBİB rəsmisi

Hazırda oxunan: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb" - TƏBİB rəsmisi

124927

"Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir".

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:

"Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir. Bu sahədə həyata keçirilən layihələrdə Heydər Əliyev Fondunun danılmaz rolu var".

A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:

"Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin