Azərbaycanda hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb və təxliyə olunarkən yolda ölüb.
Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi rokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:23 / 10.03.2023
Hərbi Prokurorluqdan əsgərin ölümü ilə bağlı MƏLUMAT
Hazırda oxunan: Hərbi Prokurorluqdan əsgərin ölümü ilə bağlı MƏLUMAT
Hazırda oxunan: Hərbi Prokurorluqdan əsgərin ölümü ilə bağlı MƏLUMAT
124875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.