Bu gün Bakıda baş verən silahlı insidentin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülər hadisə baş verən ərazidə yerləşdirilmiş videomüşahidə kamerası tərəfindən lentə alınıb.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.
Hadisədə xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media