Paytaxtda baş verən cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Paytaxtdakı atışmada yaralananların son durumu AÇIQLANDI - VİDEO
Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır.
Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.
Bizim.Media