İnternet saytlarının birində Ağdam Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun ötən ilin yayınadək bu rayonda təhsil şöbəsinin müdiri işləmiş Elmira Şükürova ilə əvəzlənəcəyi barədə məlumat yayılıb. Hətta hazırda Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Elmira Şükürovanın bununla bağlı Bakıya çağrıldığı və onunla söhbət edildiyi bildirilir. O da qeyd olunur ki, sonuncu devalivasiyadan sonra Ağdamda gözlənilən aksiyanın qarşısını icra başçısı deyil, elə Elmira Şükürova ilə keçmiş icra başçısı Nizami Sadıqov alıblar. İddia olunur ki, həmin ərəfədə Elmira Şükürova Ağdama gələrək ağsaqqallarla görüşüb, onlardan təxribata uymamağı rica edib.
Koordinat.az bu məlumatı
dəqiqləşdirmək məqsədilə Elmira Şükürovanın özü ilə əlaqə saxlayıb. O, yayılmış
məlumatlarının tamamilə yalan və uydurma olduğunu söyləyib və bildirib ki, onun
hansısa başqa vəzifəyə təyin olunmaq iddiası yoxdur: “Mən Ağdam Rayon Təhsil
Şöbəsindən öz ərizəmlə azad olunmuşam və dərhal özümə doğma saydığım Kəlbəcər
rayonunda eyni vəzifəyə təyin olunmuşam və hazırda Kəlbəcər Rayon Təhsil Şöbəsinin
müdiri vəzifəsində fəaliyyətimi davam etdirirəm”x9d.
Elmira
Şükürova 21 dekabr devalvasiyasından sonra guya, Ağdamda hansısa aksiyaya
cəhd göstərildiyi, amma onun rayon ağsaqqalları ilə görüşərək narazılıqları
yatırdığı barədə yazılanlara da aydınlıq gətirib: “Mənim bunlardan xəbərim
yoxdur, Ağdamda hansısa narazılıqların olduğunu eşitməmişəm. Bu barədə
yazılanlar tamamilə uydurmadır. Mənim hər hansı iğtişaşdan nə xəbərim
var, nə də Ağdama getmişəm. Ümumiyyətlə, mən 6 aydan çoxdur ki, Ağdama getmirəm”x9d.
Əməkdaşımız
onu da dəqiqləşdirib ki, Ağdamda heç bir iğtişaş olmayıb və hazırda rayonda hər
şey öz axarı ilə davam edir. Rayon rəhbərliyi də öz imkanları və səlahiyyətləri
çərçivəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət
göstərməkdədir.


























































































