Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən verilən açıqlamada bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda atışma olub, xəsarət alanlar var – VİDEO
Məlumatda qeyd olunur ki, hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.
Bizim.Media