Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda atışma olub, xəsarət alanlar var – VİDEO
Əlavə məlumat veriləcək.
Xəsarət alanlardan birinin tələbə olduğu deyilir.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.
Bizim.Media