"Kəlbəcər ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir" - Elnur Soltanov 

Hazırda oxunan: "Kəlbəcər ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir" - Elnur Soltanov 

124811

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ayrılmış ərazi minalardan tam olaraq təmizlənib. 

Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib. 

Onun sözlərinə görə, BP şirkətinin əməkdaşları artıq bu əraziyə baxış keçirməyə başlayıblar. 

E.Soltanov bildirib ki, bundan əlavə, işğaldan azad edilmiş Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir:

"Bu rayona investorların cəlb edilməsi ilə bağlı işlər aparılır". 

Nazir müavini həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsi tam olaraq "yaşıl enerji" ilə həyata keçiriləcək: "Bu ərazilərdə təbii qazdan istifadə məhdud olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin