"Zal Yusifovun əməlləri ilə bağlı Ali Məhkəmənin və digər məhkəmələrin müvafiq hökm, qərar və qətnamələri mövcuddur. Bu məsələyə dövlət adından hüquqi qiymət verilib. Bu cinayətlə bağlı məhkəmə istintaqı aparılıb, hökm və qərarlar qüvvəyə minib. Zal Yusifov cinayətkardır, onun aldığı pulların “Texnikabank”x9da heç bir aidiyyəti yoxdur”x9d.
Bu sözləri “Texnikabank”x9d Müşahidə Şurasının sabiq, “Bank Technique”x9d Müşahidə Şurasının hazırkı sədri Etibar Əliyev deyib.xa0
Etibar Əliyev xa0“Texnikabank”x9d ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun işi ilə bağlı yaranan mübahisəli məsələlərə də aydınlıq gətirib: “Zal Yusifov insanların pulunu necə mənimsəyibsə, həmin vəsaiti də özü geri qaytarmalıdır. İndi bu adam istəyir ki, öz cinayət əməllərinə “Texnikabank”x9dı da şərik etsin. Onun mənimsədiyi pulların banka heç bir aidiyyəti yoxdur.xa0
Kim ki “Texnikabank”x9da pul verib, onların hamısı qaytarılıb. Kimin qanunla bankda pulu vardısa, hamısı verilib. Biz vaxtilə onun barəsində Milli Təhlükəsizlik Nazirliyinə şikayət etmişdik. Bizim şikayətdən sonra onu həbsə aldılar. Zal Yusifov insanlardan aldığı pulları banka yatırmadan öz dost-tanışlarına paylayırmış.xa0
Həmin insanların tələbi ilə də bankın adından onlara əmanət kitabçaları təqdim edilib. Yəni, bankın kassasına heç bir pul yatırılmayıb. Zal Yusifov insanlardan pulu kənarda alıb, onlara saxta sənəd verib. İnsanları bu yolla aldadıblar. İndiyədək bu işə dəfələrlə baxılıb.
Zal Yusifovun restoranı vardı, onun da sənədləri düzgün deyil. Oğlu da özü kimidir... İndi də başlayıb şər atmağa ki, guya Zal Yusifova vaxtilə zor tətbiq olunub, o da istintaqda məcbur qalıb, sənədləri imzalayıb və sairə. O, “Texnikabank”x9da da çox şər atıb, iftira yaxıb. Təsəvvür edin ki, Zal Yusifov Eldar Mahmudovun nazir olan vaxtında günahsız insanları şərləyərək zərər vururdu. Biz 2008-ci ildə MTN-ə müraciət etmişdik. Zal Yusifov həbsdə də şər əməllərindən qalmır”x9d.
xa0
Qeyd edək ki, “Texnikabank”x9dın mülkiyyətçiləri və adı dəyişərək “Bank Technique”x9d olub.
Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank”x9d ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun xa0kasasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub.xa0
xa0
81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.xa0
Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb.xa0
81 nəfərə dəyən ziyan ödənmədən bankirin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.(Teleqraf.com)

































































































