Azərbaycan Xalça Muzeyində “Danışan naxışlar”x9d adlı tədbir keçirilib.
Martın 3-də Azərbaycan Xalça Muzeyinin konfrans zalında tədqiqatçı alim Şakir Qabıssanlının (Həmzəyev) müəllifi olduğu “Azərbaycan xalçalarının açılmamış sirləri”x9d adlı kitabının təqdimatı keçirilib.
Məlumdur ki, Azərbaycan xalça sənətinin bir elm sahəsi kimi öyrənilməsi və profesional xaçaçı-rəssamların yaradıcılığında müasir inkişafı xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Xalqımızın tarixi, inancları, mifik görüşləri, bir sözlə bütün mənəvi varidatı xalça sənətində naxışlara, rənglərə, ilmələrə çevrilib. Bu mənəvi varidatı qorumaq, yaşatmaqla yanaşı, həmçinin bu sənətin sirlərini öyrənmək və yetişən nəslə öyrətmək zaman-zaman xalçaçı rəssamların və araşdırıcıların tədqiqat mənbəyi olub.
Belə tədqiqatlardan biri də Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri”x9d kitabıdır. Müəllif kitabda yeddi min söz və işarənin, 157 xalq mahnısının, muğamların hər birinin və “Kitabi-Dədə Qorqud”x9dda olan antroponimlərin, toponimlərin, xalçalarımılzda olan naxış və ornamentlərin yeni prizmadan özünəməxsus izahını və şərhini verir. Həmçinin Orxon-Yenisey abidələrindən, “Avesta”x9ddan, Qobustandaki qayaüstü yazılardan və “Qurani-Kərim”x9din ayələrindən bəhrələnib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev, sənətşünaslıq elmləri doktoru, Şöhrət ordenli Röya Tağıyeva, Azərbaycan Müəllimləri İnstitiunun Elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Ramil Əliyev, AMEA-nın əməkdaşı, fililogiya üzrə fəlsəfə doktoru Firidun Qurbansoy, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Xeyirbəy Qasımov, AMEA-nın Memarlıq və İncəsənət İnstitunun baş elmi işçisi Sabir Tağıyev, görkəmli aktyorumuz Şeyx Əbdül Mahmudov, Respublikanın xalq artisti, professor Zamik Əliyev, sevimli aktyorumuz Qorxmaz Əlili, şair Bilal Şirvani və başqaları çıxış edərək kitab haqqında dəyərli fikirlər bildiriblər.




























































































