Azərbaycanlı qazi polkovnik Kahramanmaraşda gördüyü dəhşətlərdən DANIŞDI 

Hazırda oxunan: Azərbaycanlı qazi polkovnik Kahramanmaraşda gördüyü dəhşətlərdən DANIŞDI 

124744

"Orada gördüklərim sadəcə dəhşət idi. Mən iki amansız müharibə görmüşəm. Neçə silahdaşımı itirmişəm. Ancaq orada olanlar müharibə deyildi, sadəcə dəhşət idi. Körpə uşaqlarların cansız bədəni, yaşlıların gözüyaşlı övlad axtarışı, yaralı insanların doğmalarına görə narahat qalması insanı dəhşətə gətirirdi. Xüsusi ilə də Kahramanmaraşda gördüklərim sözlə ifadə ediləsi deyil", - deyir Kamil Duniyev. 

Azərbaycan silahlı qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Kamil Duniyev birinci və ikinci Vətən müharibəsi iştirakçısıdır.

O, birinci savaşda əsgər ikinci savaşda isə hərbi hissə komandiri kimi döyüşüb. Özü də öz əsgər oğlu ilə çiyin-çiyinə... Müharibədən sonra isə o düşənin basdırdığı naməlum minanın partlayışı nəticəsində xəsarət alıb. Həmin partlayış ona ayağını itimək bahasına başa gəlib. 

Lakin buna baxmayaraq o var gücü ilə Vətənə - Dövlətinə xidməti dayandırmır. Yaşadığı əlilliyin maneə olmadığını bildirir.
 

MÖVZU İLƏ BAĞLI:

Gənclərimiz Türkiyədəki çörəkbişirmə məntəqəsində könüllü ÇALIŞIR 


Deyir ki, Türkiyə Respublikasında zəlzələ baş verən andan özünü orada xilasetmə qruplarının arasında görüb. Lakin buna bir neçə gün sonra şərait yaranıb:

"Ora getmək mənim üçün vəfa borcu, şərəf borcu idi. Düzdür "qardaşın qardaşa borcu olmaz" deyirlər. Ancaq şərəf borcu başqa bir şeydir. Çünki bir il əvvəl mən digər ayağımı da itirə bilərdim. Onu mənə Türkiyədəki həkimlər qaytardı. Altı əməliyyatdan sonra bir ayağım amputasiya olunmadı. Məhz elə həmin ayağımla qardaşların yardımına qaçdım", - Kamil Duniyev deyir. 

Öncəki səfərini əlil arabası ilə getdiyi ölkəyə biri protez olmaqla iki ayaqüstə gedən polkovnik-leytenant humanitar yardımların insanlara çatdırılmasında kömək edib.

On gündən artıq qardaş ölkədə fiziki imkanları daxilində xidmət göstərib: 

"Bir qazı olaraq orada etdiklərim məni mənnən rahatlaşdırdı. Getməməyim əziyyət olardı. Ümid edirəm ki, növbəti səfərim Türkiyə cümhuriyyətinin bayram və ya digər əlamətdar günlərinə təsadüf edər", - deyir, Kamil Duniyev. 

Uşaqların qayğısına qalmaq, yaralılara və yaxınlarını itirmiş insanlara mənəvi dəstək olağı özünə vicdan borcu hesab edən qazi polkovnik hələ də orada yaşadıqlarının təsiri altında olduğunu deyir və ümid edir ki, pis günlər geridə qalacaq, orada yenidən həyat öz axarına dönəcək:

"Əminəm ki, tezliklə bütün zərərlər aradan qalxacaq. İnsanlar yenidən evlə təmin olunacaq və biz də həmin mənzərəni özümüzə təsəlli hesab edəcəyik. Allah bütün həlak olanlara rəhmət eləsin. Yaralılara can sağlığı versin", - deyir Kamil Duniyev. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin