Cəlilabadda 2700 abonentin qazı KƏSİLDİ - SƏBƏB

Hazırda oxunan: Cəlilabadda 2700 abonentin qazı KƏSİLDİ - SƏBƏB

124733

Cəlilabadda 2700 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki,  

Cəlilabad şəhərinin  Ə.Cavad küçəsində yaşayan şəhid atası  Məmmədov Museibin adına olan evin qaz xəttini mənbəyə qoşmaq üçün, şəhərin Səttərxan-3, Cavadxan, Ə.Cavad küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı və Zopun kəndlərini ümumilikdə 2700 abonentin qaz təchizatı bu gün saat 09:30-dan işlər başa çatana qədər dayandırılıb. 
Qeyd olunan ərazilərdə yaşayan abonentlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş olunur.

Elşən Feyzullayev, Cənub bürosu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin