Vətən Müharibəsi qaziləri və iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə Qəbələ rayonunda “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması rayonla yanaşı, Şimal-Qərb bölgəsində böyük maraqla qarşılanıb.
Bizim.Media-nın yerli bürosu xəbər veririr ki, Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kənd Təsərrüfatı Nazirliyinin regional qurumlarının nümayəndələri, arıçılar, gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti və ictimai fəalların qatıldığı görüşdə bu sahənin inkişafına dövlət dəstəyindən danışılıb.
Qeyd olunub ki, “Arıçılığın inkişafı mərkəzi”nın yaradılmasında məqsəd regionda yeni arıçıların formalaşmasına, kənd təsərrüfatının, arıçılığın və kənd turizminin inkişafına töhvə verəcək.
Xüsusən Vətən Müharibəsi qazisi və iştirakçılarının bu sahəyə cəlb edilməsi onların həyatında yeni mərhələnin başlanğıcı ola bilər.
Azərbaycan Arıçılar Assosiasiyasının Qəbələ şöbəsinin rəhbəri Anar Məmmədov çıxışında gənc arıçılar üçün yaradılan geniş imkanlardan danışıb, son illər kənd turizminin inkişafı ilə arıçılığın əhəmiyyətinin daha da artdığını bildirib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 10.03.2023
Qəbələdə “Arıçılığın inkişafı mərkəzi” YARADILIR - FOTO
Hazırda oxunan: Qəbələdə “Arıçılığın inkişafı mərkəzi” YARADILIR - FOTO
Hazırda oxunan: Qəbələdə “Arıçılığın inkişafı mərkəzi” YARADILIR - FOTO
124717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.