8 yaşlı qızını cinsi istismara sövq edən anaya HÖKM OXUNDU 

Hazırda oxunan: 8 yaşlı qızını cinsi istismara sövq edən anaya HÖKM OXUNDU 

124701

Pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda ana və azyaşlını zorlayan iki nəfər barəsində yekun məhkəmə aktı qəbul edilib.

İttihama görə azyaşlı, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı olan) Şəbnəm Əsgərova (ad, soyad şərtidir) öz doğma anası Ləman Əsgərova (ad-soyad şərtidir) tərəfindən 100 manat müqabilində işlədiyi kafenin sahibi Zakir Məmmədova (ad-soyad şərtidir) cinsi istismara məruz qalması üçün verilib. Z.Məmmədov azyaşlını özünə aid avtomobildə zorlayıb.
Bundan başqa, Şəbnəm anası ilə birlikdə Rüstəm Nəsirov (şərti ad-soyad) adlı şəxsin evində kirayədə yaşayan zaman anası onun ev sahibi tərəfindən zorlanmasına şərait yaradıb.

Hökmə əsasən, azyaşlının anası 15 il müddətinə, digər iki nəfər isə hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin