Antisanitar şəraitdə 300 kq-a yaxın ət və sub məhsullarının daşınması aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı fiziki şəxs Həsənov Əli Tahir oğluna məxsus 90LH732 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobilin salon və yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, antisanitar şəraitdə müvafiq baytarlıq sənədləri olmayan ümumi çəkisi 300 kiloqrama yaxın ət və sub (heyvanın içalatı) məhsullarının daşınmasının həyata keçirildiyi aşkarlanıb.
Daşınma zamanı temperatur rejiminə riayət olunmadığı, eyni zamanda avtomobilin salon hissəsində ət, sub məhsullarının yanaşı və müxtəlif təyinatlı təsərrüfat torbalarına yığıldığı müşahidə edilib.
Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:44 / 09.03.2023
Azərbaycanda antisanitar şəraitdə 300 kq-a yaxın ətin daşınması aşkarlanıb - FOTO
Hazırda oxunan: Azərbaycanda antisanitar şəraitdə 300 kq-a yaxın ətin daşınması aşkarlanıb - FOTO
Hazırda oxunan: Azərbaycanda antisanitar şəraitdə 300 kq-a yaxın ətin daşınması aşkarlanıb - FOTO
124683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.