Qızılağac Milli Parkında brakonyerlərə məxsus qayıqlar aşkar edilib

Hazırda oxunan: Qızılağac Milli Parkında brakonyerlərə məxsus qayıqlar aşkar edilib

124665

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 1764 metr uzunluğunda 18 ədəd sintetik tor yığışdırılıb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı “Kiçik Körfəz” ərazisində qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin