10 mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması yerli mədəniyyətin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundovun “Sərgüzəşti - vəziri - xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Bəs, 10 martda dünyada daha hansı hadisələr baş verib?
1. 1735-ci ilin bu günündə Səfəvilər dövləti ilə Çar Rusiyası arasında Gəncə müqaviləsi bağlanıb. Bu müqaviləyə görə rus qoşunları Bakı və Dərbəndi tərk etməli idilər.
2. 10 mart 1876-cı ilidə dünyada ilk telefon danışığı baş tutub.
3. 1910-cu ilin 10 mart tarixində Hollivudda çəkilən ilk film - "İn Old California" nümayiş etdirilib.
4. 10 mart 1920-ci ildə General-leytenant Əliağa Şıxlınski və Fətəli xan Xoyskinin təşəbbüsü əsasında Azərbaycanda Qızıl Aypara Cəmiyyəti təsis edilib.
5. 1945-ci ilin 10 martı tarixə həm də Tokio bombardmanı olaraq düşüb. ABŞ Napalm bombalarıyla yüklü 300-dən çox B-29 təyyarəsi ilə Yaponiyanın paytaxtı Tokionu bombardman etdi.
6. 10 mart 1977-ci ildə astronomlar Uranın halqalarını kəşf ediblər.
7. 10 mart 1980-ci ildə erməni terrorçular Romada Türkiyə Hava Yolları və Türkiyə Turizm Bürosuna bombalı hücum ediblər. Türkiyəlilərin hədəfə alındığı hadisədə 2 italiyalı ölüb, 14-ü yaralanıb.
8. 2000-ci ilin bu günündə Dotkum köpüyü NASDAQ Compesite birja indeksində 5,048,62 səviyyəsinə çatıb.
9. 10 mart 2002-ci ildə “Azərreyl” voleybol komandası Avropanın CEV Kubokunu qazanıb.
10. 2014-cü ilin 10 martında Bakıda l Milli Vikipediya Forumu keçirilib.
11. 2014-cü ilin bu günündə Bakı Bulvarında “Şeytan çarçı” istifadəyə verilib.
10 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. Böyük Azərbaycan şairi Saib Təbrizi 1601-ci ilin bu günü dünyaya gəlib. Azərbaycan və fars dillərində şeirlər yazan şairin yaradıcılığı 17-ci əsr Azərbaycan ədəbiyyatının inkişafına böyük təsir göstərib. (1601-1676)
2. Bu gün materialist filosof, ictimai xadim və Azərbaycan dramaturgiyası və bütün Yaxın Şərqdə realist ədəbiyyatın banisiMirzə Fətəli Axundovun xatirə günüdür. 1812-ci ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olan Fətəli 13 yaşınadək doğulduğu Cənubi Azərbaycanda yaşayıb, sonra anası ilə birlikdə Şəki şəhərinə gəlib, daha sonra Tiflisə köçüb. Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və orada torpağa tapşırılıb. (1812-1878)
3. Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Mustafa Mərdanov 10 mart 1894-cü ildə anadan olub.
4. Azərbaycanın ilk balerinası, baletmeysteri, SSRİ Xalq artisti Qəmər Almaszadə 1915-ci ilin bu günündə dünyaya göz açıb.
5. Azərbaycanlı xanəndə, Xalq artisti Canəli Əkbərov 10 mart 1940-cı ildə doğulub.
6. Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ savaşınında şəhid olmuş Vüqar Mürsəlov 10 mart 1963-cü ildə anadan olub.
7. Azərbaycanlı ictimai xadim, Xalq yazıçısı 10 mart 1965-ci ildə dünyasını dəyişib.
8. Biologiya elmləri doktoru, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan rəhbərlik etmiş AMEA-nın həqiqi üzvü İmam Mustafayev 1997-ci ilin bu günündə vəfat edib.
9. Görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Nəsibə Zeynalova 2004-cü ilin 10 martında dünyaya gözünü yumub.
10. Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov 10 mart 2022-ci ildə dünyadan köçüb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 10.03.2023
BİZİM TƏQVİM: Bu gün Azərbaycan teatrının 150 yaşı bitir
Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Azərbaycan teatrının 150 yaşı bitir
Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Azərbaycan teatrının 150 yaşı bitir
124645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.