Samirə Əfəndinin maşınına tüpürən şəxs TUTULDU

Hazırda oxunan: Samirə Əfəndinin maşınına tüpürən şəxs TUTULDU

124639

Keçmiş “Avroviziya” təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs saxlanılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.

Xatırladaq ki, müğənni Samirə Əfəndi bir neçə gün bundan öncə öz şəxsi “Instagram” hesabında maşınına hücum edən şəxs barəsində paylaşım etmişdi:
“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin