Mətbuatda “Məktəb direktorları şah kimi yaşayır”x9d adlı yazını oxudum. Əvvəlcə elə bildim ki, müəllif bəzi direktorlardan bəhs edir. Sonra gördüm ki yox əşi, elə mən də onlardan biriyəm. Əvvəlcə ev-eşiyə yaxşı-yaxşı nəzər saldım. Sonra bu günkü ağır iş günümü anbaan xatırladım. Yorğun-arğın evə qayıdanda metroda xa0tapdanmış ayağımın ağrısından ufuldadım. Uzun-uzadı izahat yazısından vaz keçib bu şeiri yazdım:
Şah bilirsən məni qardaş,
Gəl bax mənim şah günümə.
Bir gün mənlə oturub dur,
Olarsan agah günümə.
Evim 30 kvadratdır,
Künc-bucağı “brilyant”x9ddır.
Şah dediyin hansı zatdır,
Deyirsən bəh-bəh günümə?
Maşınım yox, arabam yox,
Bir getməli xarabam yox.
Nə də sən deyən əbam yox,
Pay düşə nagah günümə.
Yedidən yeddiyədir işim,
Yox ağzımda bircə dişim.
“Şeş”x9d sayılır yoxsa “beş”x9dim?
Mən matam, vallah, günümə.
Ev damır, arvad deyinir,
Ayda bir dəfə sevinir.
Qonşu da mənnən öyünür.
Mən çəkirəm ah günümə.
Hər xa0tində uşaq güdürəm,
Beləcə batıb gedirəm.
Bax yenə də şükr edirəm.
Hər axşam, sabah günümə.
Səhərdən axşama qədər,
Kitab, jurnal, qələm, dəftər.
Mənə gülür çayçı Səftər,
Tuşlayır silah günümə.
Sən gülürsən, Səftər gülür,
Qələm, kitab, dəftər gülür,
Kənd ah çəkir, şəhər gülür,
Ağlayır Allah günümə.
Şəmsi Qoca






























































































