Sevdiyi qız gül buketini qəbul etmədi - Özünü binadan atmaq İSTƏDİ

Hazırda oxunan: Sevdiyi qız gül buketini qəbul etmədi - Özünü binadan atmaq İSTƏDİ

124622

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib. 

Bizim.Media “qafqazinfo.az” a istinadən xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb. 

Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb. 
Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etmədiyi üçün bundan təsirlənərək özünü öldürmək istəyib. 

Polis əməkdaşları tərəfindən gənc oğlanla profilaktik söhbətlər aparılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin