Qarabağda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb

Hazırda oxunan: Qarabağda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb

124608

2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 2157 yeni fərdi sahibkarlıq subyektləri yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda yer alıb.

Mənbə qeyd edir ki, ötən il azad edilmiş rayonlarda 797 yeni iş yerləri açılıb. Yeni yaradılan müəssisə və təşkilatların sayı isə 101-ə bərabər olub. 

Qeyd edək ki, ötən il ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, 2022-ci ildə Ağdam rayonunda 184 yeni iş yeri və 775 fərdi sahibkarlıq subyekti yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin